• 17 Noyabr 2026
logo
Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana rəsmi səfərə yollanıb

Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana rəsmi səfərə yollanıb

Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycana rəsmi səfərə yollanıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Nazir səfər çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək.

Mariam Kvrivişvili Baş nazir Əli Əsədov və bir neçə nazirlə də görüşəcək.

Görüşlərdə iki ölkə arasında iqtisadi və enerji sahəsində əməkdaşlıq məsələləri, cari və planlaşdırılan birgə layihələr, eləcə də strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə olunacaq.

Naziri səfərdə müavinləri - Genadi Arveladze və İnqa Pxaladze, “Gürcüstan Dövlət Elektrosistemi”nin Baş direktoru David Vardiaşvili və təhlükəsizlik və monitorinq üzrə direktor Levan Sxvedianidən ibarət nümayəndə heyəti müşayiət edəcək.