Münasibətlərimizdə mövcud olan bütün problemləri müzakirə etməklə yanaşı, bir-birimizlə açıq dialoq aparmaq imkanımızın olması bizim üçün imtiyaz idi.
Bunu Almaniya xarici işlər naziri Yohann Vadeful Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, bir sıra məsələlərdə ortaq mövqedə olduqları bir daha vurğulanıb: “Bütün regionda gərgin vəziyyətin hökm sürdüyü bir şəraitdə ilk növbədə danışıqlar və dialoq yolu ilə irəliləməyin vacib olduğu müzakirələrdə qeyd edildi. Almaniya üçün regionda təhlükəsizliyin və sabitliyin təmin olunması əsas prioritetlərdəndir”.