Cümə günü İtaliyada baş nazir Corciya Meloninin hökumətinə qarşı ümumxalq etiraz günü başlayıb. Nümayişlərin ölkənin təxminən 50 şəhərində keçirilməsi planlaşdırılır.
Xalqcebhesi.az xəbər verir ki, bir çox mitinqlərdə məktəblilərin və tələbələrin iştirak edəcəyi gözlənilir. USB həmkarlar ittifaqı yerli və şəhərlərarası ictimai nəqliyyat, həmçinin səhiyyə də daxil olmaqla bir neçə sahədə tətilə çağırış edib.
Ehtimal olunan zorakılıq hallarından narahatlıqla əlaqədar böyük təhlükəsizlik qüvvələri cəlb olunub.
Etirazlar artıq dörd ildir İtaliyada hakimiyyətdə olan Meloninin rəhbərlik etdiyi üç ultra-sağ və mühafizəkar partiyanın koalisiyasına qarşı yönəlib. Nümayişçilər hökuməti yüksək inflyasiyada və aşağı əməkhaqlarında ittiham edirlər. Tələbələr də öz növbəsində məktəb və universitetlərin maliyyələşdirilməsinin artırılmasını tələb edirlər.
Məryəm Quliyeva