ABŞ və İran arasındakı münaqişə sonsuz müharibəyə çevrilməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu qənaətdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens çıxış edib.
"Biz bu və ya digər dərəcədə yeddi aydır ki, İranla münaqişədə iştirak edirik", - deyə o, "Fox News" telekanalının efirində bildirib. - "Söz verirəm ki, ABŞ Prezidenti Donald Tramp bunun sonsuz müharibəyə çevrilməsinə icazə verməyəcək".
Məryəm Quliyeva