• 1 Sentyabr 2026
logo
"Saytların dil mənzərəsi" adlı tədbir keçirildi

"Saytların dil mənzərəsi" adlı tədbir keçirildi

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə "Saytların dil mənzərəsi" adlı tədbir keçirilib.
Tədbirdə Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvləri, görkəmli dilçi alimlər, ziyalılar, eləcə də dövlət və özəl saytların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru, professor Sevinc Əliyeva bildirib ki, keçən dövr ərzində Azərbaycan dilinin saflığının qorunması və dilimizin düzgün tətbiqi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib.
O, 60-dan artıq saytın dili ilə bağlı aparılan monitorinqlərin nəticələrinin əks olunduğu hesabatda 5 mindən artıq dil faktının aşkarlandığını diqqətə çatdırıb.
Mərkəzin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, dosent Şahlar Məmmədov monitorinqlərin nəticələrinə həsr olunmuş "Saytların dil mənzərəsi" adlı hesabat məruzəsi ilə çıxış edib.
O, norma pozuntuları, həmçinin mövcud vəziyyətdən çıxış yolları ilə bağlı təklifləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirdə iştirak edən digər qonaqlar saytların dil mənzərəsini əks etdirən hesabatın nəticələrinə münasibət bildirərək, internet resurslarında ana dilinin təbiqi ilə bağlı yaranan problemlərə toxunub, onların aradan qaldırılmasının yolları barədə fikirlərini bölüşüblər.