Tanınmış media işçisi İqtisadiyyat Nazirliyi tabeliyindəki Təmiz Şəhər ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Oxu.az xəbər verir ki, müvafiq vəzifəni AZTV və İctimai TV-də fəaliyyət göstərmiş Orxan Cabbarlı icra edəcək.
Təmiz Şəhər ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əvvəlki müdiri Elmar Məlikov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində mətbuat katibi təyin edilib.