• 1 Sentyabr 2026
logo
Terror əleyhinə aparılan əməliyyat zonasında jurnalistlərin fəaliyyət qaydası müəyyənləşir

Terror əleyhinə aparılan əməliyyat zonasında jurnalistlərin fəaliyyət qaydası müəyyənləşir

Terror əleyhinə aparılan əməliyyat zonasında media subyektlərinin və jurnalistlərin fəaliyyət qaydası müəyyənləşir.
Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, terror əleyhinə aparılan əməliyyat zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunla tənzimlənəcək.
Hərbi və fövqəladə vəziyyət dövründə media sahəsində çalışan işçilərin fəaliyyəti isə müvafiq olaraq “Hərbi vəziyyət haqqında” və “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənəcək.