• 1 Sentyabr 2026
logo
Son bir ildə Ərdəbildə yüzlərlə sosial media istifadəçisi həbs olunub

Son bir ildə Ərdəbildə yüzlərlə sosial media istifadəçisi həbs olunub

Son bir ildə Ərdəbil əyalətində sosial media istifadəçiləri ilə bağlı 1600 məhkəmə işi açılıb. Bu barədə Ərdəbil Polis İdarəsinin İnternet və Texnologiyalar üzrə rəisi polkovnik Əli Qəhrəman Talenin məlumat verib.
O, sosial media istifadəçiləri ilə bağlı açılan məhkəmə işlərinin 89 faizinin nəticələndiyini, 600 nəfər barəsində isə qərar çıxarıldığını söyləyib.
Qeyd edək ki, son aylar İran rəsmiləri, məhkəmə sistemi başçıları internet və sosial media istifadəçilərinə nəzarətin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürüblər.
İranda internətə qoyulan məhdudiyyətlər və sosial media istifadəçilərinə qarşı cəzaların tətbiq olunmasına görə, martin 23-də dünyanın və İranın 55 insan haqları təşkilatı beynəlxalq ictimaiyyətə müraciət edib.
Onlar İran hökumətinin "virtual məkanda istifadəçilərin hüquqlarının qorunması qanunu" adı altında ölkədə interneti məhdudlaşdırmaq cəhdinin qarşısını almağa çağırıb.
Gunaz.tv