• 7 İyul 2025
logo
“Ölkədə söz, fikir və məlumat azadlığının mövcudluğu uzun illərdir ki, təmin olunur”

“Ölkədə söz, fikir və məlumat azadlığının mövcudluğu uzun illərdir ki, təmin olunur”

Alim Hüseynli: “İndiyə qədər bu sahələrin inkişafı ilə əlaqədar ölkədə kifayət qədər işlər görülüb”

“Azərbaycanda kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti istiqamətnidə xeyli addımlar atılıb. Məhz görülən əməli işlərin nəticəsidir ki, ölkədə söz, fikir və məlumat azadlığının mövcudluğu uzun illərdir ki, təmin olunmaqdadır. İndiyə qədər bu sahələrin inkişafı ilə əlaqədar ölkədə kifayət qədər işlər görülüb. Hazirda da bu sahələrin inkişafı istiqamətdə fəaliyyət davam etməkdədir”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında hüquqşünas Alim Hüseynov deyib. A.Hüseynli bildirib ki, Azərbəycan mətbuatının bugünki vəziyyəti qənaətbaxış olmasa belə pis də deyil: “Problemlər hər zaman hər bir sahədə olub və olacaq da. Çünki, iş olan yerdə problemlər qaçılmazdır. Çox şükür ki, bu gün mətbuatımızda olan problemlər qlobal xarakter daşımır və zaman-zaman mövcud çatışmazlıqlar həllinin tapmaqdadır. Ötən on illiklə müqayisə eləsək bu günki, mətbuatımız olduqca inkişaf edib. Bu gün ölkə mediası kifayət qədər qayğı ilə əhatələnib. Bir çox müstəqil mətbuat orqanlarının ayaqda qalması üçün dövlət tərəfindən ayrılan yardımlar da təqdirəlayiqdir. Ölkədə hər bir sahədə aparılan islahatlar mətbuata da yaxşı mənada təsirsiz ötüşməyib. Belə ki, əvvəllər müəyyən mövzu ilə bağlı rəy almaq, açıqlama istəmək, reportaj hazırlamaq üçün müəyyən problemlər yaradılırdısa, indi bu problemlər demək olar ki, tamamilə aradan qalxb. Mövcud qanunvericilk bazası kütləvi informasiya vasitələrinin müstəqilliyinin qarantı olmaqla yanaşı, həm də söz və fikir azadlığına şərait yaradır.
Etiraf edilməlidir ki, Media haqqında yeni qanun kütləvi informasiya vasitələrinin inkişafına dəstək verməklə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin artırılmasına, Konstitusiyaya və qanunlara, dövlət rəmzlərinə hörmətin dərinləşməsinə, jurnalistikanın keyfiyyətcə yeni texnoloji səviyyəyə yüksəlməsinə, jurnalist peşəkarlığının və məsuliyyətinin artmasına, kütləvi informasiya vasitələrinin xarici təcrübədən faydalanmasına, beynəlxalq əlaqələrinin genişlənməsinə, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramlarının həyata keçirilməsinə, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın möhkəmlənməsinə, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə və müstəqil mətbuatın inkişafına şərait yaradır”.
“Sirr deyil ki, Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biridir”,- deyən Alim Hüseynli bildirib ki, məhz bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlib: “Müasir informasiya və telekommunikasiya texnologiyalarının inkişafı, cəmiyyətin sosial-siyasi və mədəni həyatında kütləvi informasiya vasitələrinin təsirinin güclənməsi həm bu sahənin infrastrukturunun yeniləşməsini, həm də jurnalistlərin peşəkarlığının artırılmasını zəruri edir.
Hazırda müasir dünya virtual aləm vasitəsilə idarə olunur desək, fikrimizdə yanılmarıq. Müasir texnologiyaya söykənən informasiya mübarizəsi yaşadığımız əsri internet əsri adlandırmaq olar. Bu səbəbdən istər ölkədə, istərsə də beynəlxalq ictimaiyyətin ölkə reallıqları barədə dolğun məlumatlandırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, bu missiyanın obyektivliyə, qərəzsizliyə söykənməsinin böyük zərurət olduğu aydın dərk olunur. Ən əsası, nəzərə almalıyıq ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib çıxsa da informasiya müharibəsi davam edir. Bu halda mətbuatdan gözləntilərin nədən ibarət olduğu daha qabarıq şəkildə özünü büruzə verir. Belə ki, milli mətbuatımız erməni təbliğatının əsassızlığını faktlar əsasında dünya ictimaiyyətinə çatdırmalıdır. Elektron mətbuat nümunələrimiz də məkrli yanaşmalara cavab olaraq Azərbaycanın əldə etdiyi uğurları obyektiv və operativ şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır”.
A.Hüseynli diqqətə çatdırıb ki, söz azadlığı insan hüquq və azadlıqlarının tərkib hissəsidir. Onun sözlərinə görə, bu gün də ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı mühüm addımlar atılmaqdadır: “ Söz, vicdan, sərbəst toplaşmaq və digər bu kimi azadlıqlar Azərbaycanın demokratik inkişafının mühüm və ayrılmaz tərkib hissələri kimi qəbul edilməkdədir. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan vətəndaşları azadlıq, təhlükəsizlik, mülkiyyət, şəxsiyyətin ləyaqəti, şəxsi və ailə sirrini saxlamaq kimi insan hüquqlarına sahibdirlər. Hüquqi dövlət olaraq Azərbaycan bütün vasitələrlə insanın yaşamaq hüququnu müdafiə edir. İnsan həyatına və sağlamlığına qəsd ən ağır cinayət hesab olunur. İnsan hüquqları içərisində şərəf və ləyaqət - özünəhörmət, başqalarına hörmət və ədalətlilik əsas yer tutur. Azərbaycan Konstitusiyasının 46-cı maddəsində göstərilir: “Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insanın ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz”. Azərbaycanda çoxsayl xalqların yaşadığını nəzərə alsaq deyə bilərik ki, dövlət hər kəsin, milli mənsubiyyətini qoruyub saxlamaq hüququnu müdafiə edir. Azərbaycanda hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ var. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. Bir sözlə, hüquqi dövlət olan Azərbaycanda insan hüquq və azadlıqları yetirəncə qorunur. Bu məqsədlə vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir. İnsan hüquqlarının təmini istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsas şərtlərindən biri kimi çıxış etməklə, nəinki respublikamızda, həmçinin beynəlxalq arenada yüksək qiymətləndirilir”.
A.Hüseynli əlavə edib ki, Prezident İlham Əliyevin yürütdüyü iqtisadi, siyasi və hüquqi islahatların əsasında da məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi məsələsi dayanır: “Təsadüfi deyil ki, ötən müddətdə bu məqsədlə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılıb, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsində qanunçuluğun artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər görülüb. Ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair Dövlət proqramları və digər sənədlər qəbul edilib. Həmin sənədlərdə Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər əks olunub...”.

Əli