• 31 Avqust 2026
logo
Azərbaycan nümayəndə heyətinin üzvləri AK Partiya Qars Vilayət Başkanlığını ziyarət edib

Azərbaycan nümayəndə heyətinin üzvləri AK Partiya Qars Vilayət Başkanlığını ziyarət edib

“14 May seçkisi təkcə Türkiyənin seçkisi deyil”

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli, Azərbaycan Kardiologiya Cəmiyyətindən Üzeyir Rəhimov, Türküstan qəzetinin redaktoru Aqil Camal, hərbi ekspert Elxan Şıxəliyev, Yeni Azərbaycan Partiyasının millət vəkili Müşfiq Cəfərov və Şuşa Qazi Bəhruz Məmmədzadədən ibarət nümayəndə heyəti Qarsda bir sıra proqramları çərçivəsində AK Partiya Qars Vilayət Başqanlığına da baş çəkib.
“Xalq Cəbhəsi” Türkiyə mediasına istinadən xəbər verir ki, səfər zamanı Azərbaycan nümayəndə heyətini AK Partiya Qars millət vəkili Namizədi Adem Çalkın, AK Partiya Qars millət vəkili TBMM-in Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü və AK Partiya Qars Millət vəkili Namizədi, professor Yunus Kılıç və partiya yetkililəri qarşılayıb.
Nümayəndə heyətinin rəhbəri, Azərbaycan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov nümayəndə heyəti olaraq Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan-Türkiyə qardaşlığı çərçivəsində Qarsda səfərdə olduqlarını bildirib.
Mayın 14-də keçiriləcək Prezident və parlament seçkilərində AK Partiya Qars millət vəkili namizədlərinə uğurlar arzulayan nümayəndə heyəti üzvləri Azərbaycan və Türkiyə qardaşlığının əhəmiyyətini vurğulayıb.
Ziyarətdən məmnunluqlarını ifadə edən AK Partiya Qars millət vəkili namizədləri Adem Çalkın və professor Yunus Kılıç Azərbaycan və Türkiyə dostluğunun əbədi olduğuna diqqət çəkib: “14 May seçkilərində ölkəmizin tutacağı yol xəritəsində bizə dəstək olduğunuz üçün çox təşəkkür edirik. Bu il Türkiyənin əsridir. Bizim üçün çox vacib bir mərhələdəyik. Bu dəstəklərlə türk və islam dünyasının ümidi olan prezidentimiz Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi təkcə Türkiyə üçün deyil, Türk Dünyası üçün də böyük əhəmiyyət kəsb edir. İnşallah Allah bizim tərəfimizdə olsun və 15 Maydan sonra bu mübarək qələbəni birlikdə qeyd edək”.
Həmçinin səfər zamanı Azərbaycanın Qarabağ zəfərində Türkiyənin dəstəyi, Türkiyə ilə qarşılıqlı qardaşlıq əlaqələrin möhkəmləndirilməsi, türk dünyasının birgə layihələri, Zəngəzur dəhlizinin türk dünyasına verdiyi töhfələr müzakirə edilib.