• 31 Avqust 2026
logo
Audiovizual Şura bu platforma operatoruna lisenziya verdi

Audiovizual Şura bu platforma operatoruna lisenziya verdi

İyulun 14-də Audiovizual Şuranın iclası keçirilib.
Baymedia.az xəbər verir ki, toplantıda universal platforma operatoru lisenziyasının alınması üçün Azlink MMC-dən Audiovizual Şuraya daxil olmuş müraciətə baxılıb, iddiaçının təqdim etdiyi sənədlər incələnib.
Müzakirələrdən sonra Azlink MMC-yə (xidmətin adı: "Azlink" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi barədə müvafiq qərar qəbul olunub.