• 31 Avqust 2026
logo
Türkiyənin zəngin tarixi irsi: dünyaca məşhur Van və Ağrı abidələri

Türkiyənin zəngin tarixi irsi: dünyaca məşhur Van və Ağrı abidələri

Azərbaycan, Özbəkistan və Türkmənistandan olan bir qrup jurnalist Türkiyəyə səfər edib. Xalqcəbhəsi.az-ın əməkdaşı Əli Zülfüqaroğlunun da qatıldığı zəngin səfər proqramı çərçivəsində Türkiyənin Van və Ağrı bölgəsində yerləşən bir sıra tarixi abidələr ziyarət olunub. Türkiyənin Turizm Nazirliyinin təşkilatçılığı və Azərbaycandakı səfirliyinin koordinatorluğu ilə baş tutan tutan səfər çərçivəsində jurnalistlər Vanda yerləşən Hoşap qalası, Çavuştəpə qalası, Van gölü Akldamar adasında yerləşən, Azərbaycanda sevilərək izlənilən “Alparslan Böyük Səlcuqlu” serialında məşhurlaşan Vaspurakan qalası, həmçinin Van qalası, Van Muzeyi, eyni zamanda Ağrıdakı Doğu Bəyazit İsak Paşa Sarayı kimi zəngin tarixi mədəniyyət abidələri ilə tanış olublar.
Qeyd edək ki, Türkiyənin qədim sivilizasiya-Urartu mədəniyyətini özündə əks etdirən, eyni zamanda Osmanlı və digər dönəmlərə məxsus tarixi abidələri zəngin tarixi irsi özündə əks etdirir. Bu bölgələr tarixi turizm üçün çox əlverişlidir və Amerika daxil, dünyanın müxtəlif ölkələrindən bura çoxsaylı turist axını var.
Azərbaycanlı səyahət həvəskarlarının bu bölgələrə baş çəkə, maraqlı tarixi abidələrlə tanış ola, eytni zamanda Van və Ağrı mətbəxlərinin spesifik ləzəztləri ilə tanış ola bilərlər.
Qeyd edək ki, bu tarixi məkanların hər biri ilə bağlı ayrı-ayrı yazılarla çıxış edəcəyik...

Əli Zülfüqaroğlu
Bakı-Van-Ağrı-Bakı