• 16 İyul 2025
logo
Umud Mirzəyev “Nyu-York Times”ın tədbirində iştirak edib

Umud Mirzəyev “Nyu-York Times”ın tədbirində iştirak edib

Sentyabrın 7-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bir sıra önəmli tədbir və görüşlərdə iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
Ednews xəbər verir ki, sentyabrın 12-də Umud Mirzəyev növbəti ziyafətdə iştirak edib. O, “Nyu-York Times”ın redaksiyasının qonağı olub.
Bu barədə fondun prezidenti Facebook sosial şəbəkəsində paylaşım edib. U.Mirzəyev görüşdən olan maraqlı təəsürratlarını izləyiciləri ilə bölüşüb.
“Ziyafət Nyu-Yorkun göydələnlərindən biri olan qəzetin 52 mərtəbəli redaksiyasının 15-ci mərtəbəsində təşkil edilmişdi. Səmimi bir ortamda bizi qarşılayan "The New York Times "ın Baş Redaktor Müavini xanım Rebecca Blumensteininin və BMİ-nin nümayəndəsi, köhnə dostumuz, xanım Marta Marty Steffens ziyafət iştiracılarını salamlamalarından sonra maraqlı, yaddaqalan müzakirələrimiz oldu”.
Qeyd edək ki, Umud Mirzəyevin sentyabrın 15-ə qədər davam edəcək ABŞ səfəri zamanı bir sıra rəsmi görüşlərdə iştirak edəcək.