• 10 İyul 2025
logo
Koronavirusa yoluxmuş cərrah Niyazi Eminov süni tənəffüs aparatından ayrılıb

Koronavirusa yoluxmuş cərrah Niyazi Eminov süni tənəffüs aparatından ayrılıb

Koronavirusa yoluxmuş cərrah Niyazi Eminovun vəziyyəti yaxşılaşmağa doğru gedir.
Bu barədə APA-ya N. Eminovun dostu Bəhruz Xaliqov məlumat verib.
O bildirib ki, vəziyyətində müsbət irəliləyiş olduğundan həkimlər N. Eminovu bu gün süni tənəffüs aparatından ayırıblar.
Qeyd edək ki, N. Eminov Mərkəzi Gömrük Hospitalında müalicə alır.