• 31 Avqust 2026
logo
Sabah Bakıda leysan olacaq - Xəbərdarlıq

Sabah Bakıda leysan olacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında avqustun 29-u axşamdan 30-u səhərədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə leysan olacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Baymedia.az-a verilən məlumata görə, şimal-qərb küləyinin 15-18 m/s, gecəyə doğru arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturunun gecə 19-23 dərəcə, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.