Bu gün futbol üzrə Türkiyə Superkubokunun qalibi məlum olacaq.
Baymedia.az xəbər verir ki, həlledici matçda son ölkə çempionu “Qalatasaray” ilə kubokun qalibi “Beşiktaş” üz-üzə gələcək. Atatürk Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanın start fiti 21:45-də səslənəcək.
Matçı Atilla Karaoğlan idarə edəcək.