• 27 İyun 2026
logo
Azərbaycan dünyada idman ölkəsi kimi tanınır

Azərbaycan dünyada idman ölkəsi kimi tanınır

Azərbaycanın mötəbər və nüfuzlu idman yarışlarına evsahibliyi etməsi üçün seçilməsi ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının, geniş infrastruktur layihələri və sağlam həyat tərzini özündə əks etdirən siyasətin uğurlu nəticəsidir.
Hər il Bakıda idmanın demək olar ki, bütün növləri üzrə beynəlxalq yarışların keçirilməsi ölkəmizin dünyadakı nüfuzunu daha da yüksəldir, dünyanın diqqətini ölkəmizə yönəldir.

Bunu xalqcebhesi.az-a BJJ ( Braziliya Ciu-Citsu ) Azerbaycanın Prezidenti Aqil Acalov bu gün Bakıda Milli Gimnastika Arenasında “UFC Fight Night Baku” turnirinin keçirilməsinə münasibətində deyib.

"Elə bundan irəli gəlib ki, Bakı rəsmi olaraq 2026-cı il üçün dünyanın "İdman Paytaxtı" elan edilib. Bu mötəbər titul Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası (ACES) tərəfindən verilib və ötən ilin yekununda rəsmi olaraq Monako şəhərindən Azərbaycan paytaxtına təhvil təslim edilib

Bu, eyni zamanda ictimai sağlamlıq, kütləvi idmanın inkişafı və gənclərin aktiv həyat tərzinə təşviqi baxımından yeni imkanlar açır. Bu status Bakının idman şəhəri kimi turizm, beynəlxalq investisiya mühitinə də müsbət təsir göstərəcək" - A.Acalov deyib.

Prezident İlham Əliyevin bildirib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır:

"Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir.

Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər. Ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır, biz bunu görürük, izləyirik”.

A.Acalov onu da vurğulayıb ki, həqiqətən də, Azərbaycanın bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük və tarixin səhifələrinə düşən uğurların əldə olunmasına imkan yaradıb. İdmana ayrılan diqqətin nümunəsidir ki, mötəbər idman yarışları və tədbirlər ölkəmizdə keçirilir. İdman tarixi uğurlarla dolu olan ölkəmiz artıq dünyada idman ölkəsi kimi tanınır: "Bu gün “UFC Fight Night Baku” turnirinin paytaxtımızda keçirilməsi onu deməyə əsas verir ki, dünyanın aparıcı qarışıq döyüş sənəti təşkilatı olan UFC, Azərbaycana çox gözlənilən qayıdışını rəsmi olaraq elan edib".

A.Acalov onu da qeyd edib ki, UFC-nin Azərbaycandakı debüt uğurundan sonra təşkilatın regiona yenidən qayıtması Bakının dünya səviyyəli idman tədbirləri və beynəlxalq yarışlar üçün aparıcı məkan kimi mövqeyini daha da möhkəmləndirir:

"Bu idman yarışın inkişafı Braziliya Ciu-citsu idman yarışının inkişafı deməkdir. Çünki, Dünyanın aparıcı qarışıq döyüş sənəti təşkilatı olan UFC-nin əsas bazasını Braziliya Ciu-citsu döyüş sənəti təşkil edir".

Xatırladaq ki, bu gecənin əsas döyüşündə Azərbaycanlı təmsilçi Rafael Fiziev Manuel Torres ilə beş raundlu yüngül çəki qarşılaşmasında üz-üzə gələcək.

İkinci-əsas döyüşdə isə azarkeşləri ulduz döyüşçü Şarabutdin “Shara Bullet” Maqomedov ilə “dağıdıcı” döyüş tərzi ilə tanınan Michel Pereira arasında yüksək səviyyəli orta çəki qarşılaşması gözləyir.

Qeyd edək ki, Rafael “Ataman” Fiziev (13-5, Bakı, Azərbaycan) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb və özünəməxsus dünya səviyyəli zərbə texnikası ilə doğma arenada qələbə qazanaraq çempionluq mübarizəsinə geri dönməyi hədəfləyir. Onun rəqibi isə Meksikanın Tijuana şəhərindən olan, UFC-dəki bütün qələbələrini nokautla qazanan və 100 faiz finiş göstəricisinə sahib Manuel “Loco” Torresdir (17-3).

“UFC Fight Night Baku” döyüş gecəsi qlobal platformalarda canlı yayımlanacaq və milyonlarla tamaşaçıtərəfindən izlənəcək. Yerli azarkeşlər isə Bakıdakı möhtəşəm döyüş gecəsini canlı izləmək imkanı əldə edəcəklər.