Ukraynadakı münaqişənin dondurulması Rusiya üçün qəbuledilməzdir.
Baymedia.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Ukraynadakı münaqişəni dondurmaq təşəbbüsünü onunla müzakirə etməyib. Hərbi təmas xətti boyunca hansısa dondurma variantı, əlbəttə, Rusiya tərəfi üçün qəbuledilməzdir”, - sözçü bildirib.
Həmçinin Peskov əlavə edib ki, bu barədə onlara təklif verilməyib, bu barədə sadəcə mətbuatda oxuyublar:
“Hələlik bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur, nədən danışa biləcəyimizi bilmirik”.
Qeyd edək ki, bundan əvvəl “Blumberq” agentliyi Türkiyə liderinin Rusiya-Ukrayna münaqişəsinin dondurulması təklifi verdiyini yazmışdı.