• 22 Yanvar 2025
logo
Kolumbiyada baş verən toqquşmalar səbəbindən 30 mindən çox insan evini tərk edib

Kolumbiyada baş verən toqquşmalar səbəbindən 30 mindən çox insan evini tərk edib

Kolumbiyanın şimalında silahlı qruplar arasında toqquşmalar nəticəsində 30 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb.

Bu barədə ölkənin Ombudsmen ofisi məlumat yayıb.

“Bu günə qədər ən azı 32 min insanın didərgin düşdüyü bildirilir. Onların əksəriyyəti Kukuta (15 086), Okanya (11 503) və Tibuya (5 300) gəlib”, - məlumatda deyilir.