• 15 Aprel 2025
logo
Kreml Rusiya XİN əməkdaşının Fransada saxlanılmasını pisləyib

Kreml Rusiya XİN əməkdaşının Fransada saxlanılmasını pisləyib

Kreml Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşının Fransada saxlanılmasını pisləyib və bu hərəkətləri qəbuledilməz adlandırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov baş verənlərin Fransanın öhdəliklərinə zidd olduğunu vurğulayıb.

Kremlin sözçüsü qeyd edib ki, bu cür hərəkətlər yalnız ikitərəfli münasibətləri pisləşdirir.