• 16 Sentyabr 2024
logo
Antalyada Azərbaycanla bağlı tədbir keçirildi

Antalyada Azərbaycanla bağlı tədbir keçirildi

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Antalya şəhərində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin açılış mərasimi keçirilib.

Baymedia.az xəbər verir ki, bu barədə səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Azərbaycanın Türkiyədəki səfirliyi və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin dəstəyilə keçirilən tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Antalya valisi Hulusi Şahin, dövlət rəsmiləri, Antalyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, turizm gözəlliklərinə dair videomaterial nümayiş etdirilib.

Antalyada “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri davam edir.