• 18 Sentyabr 2024
logo
Avropada təbii qaz 5%-dək ucuzlaşıb

Avropada təbii qaz 5%-dək ucuzlaşıb

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 405 ABŞ dollarınadək enib.

Baymedia.az xəbər verir ki, 10 sentyabr tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə oktyabr fyuçerslərinin qiyməti 405,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (426,5 dollar) ilə müqayisədə 4,9% azdır.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.