• 22 Oktyabr 2024
logo
Əli Əhmədov: Özəl uşaq bağçaları dövlətin müəyyənləşdirdiyi qaydalara əməl eləmir, bunun qarşısı alınmalıdır

Əli Əhmədov: Özəl uşaq bağçaları dövlətin müəyyənləşdirdiyi qaydalara əməl eləmir, bunun qarşısı alınmalıdır

Dövlətin müəyyənləşdirdiyi qaydalar özəl uşaq bağçalarında tətbiq edilmir.

APA xəbər verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov bu gün keçirilən plenar iclasda “Uşaq hüquqları haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
“Azərbaycanda dövlət uşaq müəssisələri ilə yanaşı özəl uşaq müəssisələri də var. Bir müddət əvvəl Bakı şəhərində uşaq müəssisəsində çox ciddi pozuntuların yaşandığı məlum oldu. Dövlətin müəyyənləşdirdiyi qaydalar özəl uşaq bağçalarında tətbiq edilmir. Dövlət müəssisələri ilə yanaşı özəl uşaq bağçalarında da dövlət müəssisələri üçün nəzərdə tutulmuş bütün meyarlar tətbiq olunmalıdır. Bizim müşahidə etdiyimiz ciddi pozuntular bu fikirləri söyləməyə əsas verir ki, həmin müəssisələrin qeydiyyata alınması, onlara lisenziya verilməsi, sonra isə onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi ciddi şəkildə reqlamentləşdirilməlidir. Müvafiq dövlət orqanları buna nəzarət etməlidir", - deyə Əli Əhmədov bildirib.