• 8 Sentyabr 2024
logo
Jurnalistlər üçün göz müayinəsi keçiriləcək

Jurnalistlər üçün göz müayinəsi keçiriləcək

İyulun 13-də saat 10:00-dan 15:00-dək Azərbaycan Mətbuat Şurasında (AMŞ) Şuranın və “Dünyagöz” klinikasının təşəbbüsü ilə milli mətbuatımızın yaranmasının 149 illiyi münasibəti ilə media nümayəndələri üçün göz müayinəsi keçiriləcək. Müayinə klinikanın təcrübəli həkim heyəti tərəfindən aparılacaq.

Aksiyada iştirak etmək istəyənlər özləri barədə məlumatı (ad, soyad, işlədiyi media subyektinin adını və vəzifəsini) 055 789 85 03 mobil nömrəsinə (vatsap) göndərə bilərlər. Yoxlanışa gələnlər özləri ilə şəxsiyyət vəsiqələrinin və iş vəsiqəsini (konkret media orqanında çalışdığını təsdiq edən digər sənədi) gətirməlidirlər.

Müayinənin cavabları “Dünyagöz” klinikası tərəfindən yerində, yaxud müvafiq tibbi prosedurlar yerinə yetirildikdən sonra fərdi qaydada çatdırılacaq. Müayinənin xüsusiyyətləri ilə bağlı əlavə məlumat almaq istəyənlər “Dünyagöz” klinikasının *4469 şəhər telefonuna və ya [email protected] elektron ünvanına müraciət edə bilərlər.