• 18 Oktyabr 2024
logo
Ruhiyyə İsrafilovaya yüksək vəzifə verildi

Ruhiyyə İsrafilovaya yüksək vəzifə verildi

İctimai Televiziya və Radio Yayımları şirkətinin (İTV) əməkdaşı Ruhiyyə İsrafilova yeni vəzifəyə təyinat alıb.

Bu barədə TNS-ə R. İsrafilova özü məlumat verib. Bildirib ki, o, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəsisi vəzifəsinə təyin edilib. Xanım həmkarımız artıq vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, R. İsrafilova uzun illər İTV-də İctimai-Siyasi Proqramlar Departamentində çalışıb.