Rusiyanın məşhur “Exo Moskvı” radiostansiyasının ləğv olunması haqqında qərar qəbul olunub.
Bu barədə radionun baş direktoru Aleksey Venediktov öz “Telegram” kanalında yazıb.
“Direktorlar şurasının səs çoxluğu ilə “Exo Moskvı” radiokanalının və saytının ləğvi barədə qərar qəbul olunub”, - Venediktov bildirib.
O, bu barədə radionun daxil olduğu “Qazprom”un İdarə Heyətinin Direktorlar Şurası tərəfindən qərar qəbul olunduğunu açıqlayıb.