• 19 Sentyabr 2024
logo
Bakı göstərməlidir ki, o, buna can atır - Sejurne

Bakı göstərməlidir ki, o, buna can atır - Sejurne

Sözsüz ki, Fransa İrəvanla Bakı arasında ərazi bütövlüyünə və suverenliyinə hörmətə əsaslanan və regiona sülh və sabitlik gətirəcək sülh müqaviləsinin tezliklə imzalanmasını təşviq edir.

Baymedia.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan Fransa xarici işlər naziri Stefan Sejurne deyib.

“Almatı Bəyannaməsinin mənası budur. Eyni ideya 2022-ci ildə Praqada da təqdim olunub. Bu, xüsusilə indi, Rusiya Ukraynada bütün vacib prinsipləri tapdaladığı zaman vacibdir”, - Sejurne bildirib.

Fransa xarici işlər naziri vurğulayıb ki, Paris Ermənistan və Azərbaycan arasında başlayan sərhədlərin delimitasiyası prosesini asanlaşdırır və bu proses iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə əsaslanmalıdır:

“Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilməlidir, bu, ticarətin genişləndirilməsinə imkan yaradacaq və Ermənistanın çiçəklənməsinə səbəb olacaq. Ermənistan sülh istəyir, Fransa sülh istəyir, beynəlxalq ictimaiyyət də sülh istəyir. Azərbaycan tezliklə COP29-a ev sahibliyi edəcək, Bakı bundan əvvəl göstərməlidir ki, o, həm də sülhə can atır”.