• 30 Aprel 2024
logo
Ukrayna səfiri: "Azərbaycan xalqının acısına şərikik"

Ukrayna səfiri: "Azərbaycan xalqının acısına şərikik"

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy Şəhidlər Xiyabanını ziyarət edib.
O, bu barədə “Tvitter”də paylaşım edib.
Paylaşımda deyilir: “Hər il yanvarın 20-də azərbaycanlılar Şəhidlər xiyabanını ziyarət edərək, Sovet qoşunları tərəfindən etirazların qanlı yatırılması zamanı həlak olmuş müstəqillik hərəkatının qəhrəmanlarının xatirəsini yad edirlər. Ukrayna Azərbaycan xalqının acısına şərikdir. Unutmadıq”.