• 4 May 2024
logo
“Pragma” İB məsuliyyətli ovçuluğu təşviq edir

“Pragma” İB məsuliyyətli ovçuluğu təşviq edir

“Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Məsuliyyətli ovçuluğun təşviqi” adlı layihə icra edir.

Bu barədə ictimai birliyin yaydığı press-relizdə məlumat verilib.

Layihənin məqsədi qanunsuz ovçuluğa qarşı ictimai mübarizəni və ovçuluq məsuliyyətini gücləndirməklə ətraf mühitin qorunmasına köməklik göstərməkdir.

Bu məqsədə çatmaq üçün “Pragma” Bərdə və Ağcabədi rayonlarında ictimai dinləmələr keçirəcək. Layihə üzrə həmçinin müvafiq problemlərin ekoloji və hüquqi yöndən təhlil edilməsi üçün introspektiv müsahibələrin alınması və KİV-də yayılması nəzərdə tutulur.

İcrasına 1 iyul 2023-cü ildən başlanmış layihə sentyabrın sonunda yekunlaşacaq.