• 15 Yanvar 2025
logo
Azərbaycanda son sutkada 20 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Azərbaycanda son sutkada 20 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 20 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, son sutkada COVID-19-dan ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 496 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 646 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 143 nəfərdir.
Ölkədə son sutka ərzində 2 820, hazırkı dövrədək isə 6 794 952 test aparılıb.