• 8 Sentyabr 2024
logo
"Qalatasaray" Teteni "Panatinaikos"a satıb

"Qalatasaray" Teteni "Panatinaikos"a satıb

Türkiyə Super Liqa təmsilçilərindən "Qalatasaray" daha bir futbolçu ilə vidalaşıb.

Baymedia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubdan verilən açıqlamada "sarı-qırmızılar"ın Tete ilə yollarını ayırdığı bildirilib.

Braziliyalı futbolçu Yunanıstan təmsilçisi "Panatinaikos"a keçib. Yunanlar Tete üçün İstanbul klubuna 4 milyon 750 min avro transfer haqqı ödəyəcək.

Qeyd edək ki, Tete "Qalatasaray"a 2023-cü ildə Ukraynanın "Şaxtyor" klubundan keçmişdi.