• 8 Sentyabr 2024
logo
Könül Mehdiyeva “Trabzonspor”un oyununda...

Könül Mehdiyeva “Trabzonspor”un oyununda...

AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Baymedia.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

Qurumun Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Rujomberok” (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.

Avqustun 1-də Trabzon şəhərində yerləşən “Şenol Güneş İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.