• 18 Oktyabr 2024
logo
2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

Azərbaycan 2026-cı ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq Cüdo Federasiyası və ACF arasında müvafiq razılıq əldə edilib.

Qeyd edək ki, cüdo üzrə Los Anceles 2028 Yay Olimpiya Oyunlarına lisenziya təsnifat yarışlarına Bakıda keçiriləcək dünya çempionatı ilə start veriləcək.