Fransada karantin rejiminin tətbiqi edilməsi ölkədə 150 min mağazanın bağlanmasına səbəb olacaq.
APA xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat, Maliyyə və Yenidənqurma Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 20-də 19 departamentdə 90 mindən çox ticarət müəssisəsi bağlanıb. Aprelin 3-də isə digər bölgələrdə daha 60 min mağaza bağlanacaq. Yalnız ərzaq və apteklər işləyəcək.
İşsiz satıcılara müavinətin ödənilməsi üçün ayda azı 11 milyard avroya ehtiyacı olacağı vurğulanıb.