• 21 Fevral 2025
logo
Azərbaycanın siqaret ixracından gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanın siqaret ixracından gəlirləri 2 dəfədən çox artıb

2024-cü ildə Azərbaycandan 33 milyon 626 min ABŞ dolları dəyərində 2 milyard 138 milyon ədəd siqaret ixrac edilib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparadığı hesablamalara görə, siqaret ixracı 2023-cü illə müqayisədə dəyər ifadəsində 2.4 dəfə və ya 19 milyon 341 min ABŞ dolları, həcm ifadəsində isə 88.5% və ya 1 milyard 3 milyon ədəd artıb.

Hesabat dövründə ölkədə siqaret və siqar istehsalı 16 milyard 75 milyon ədəd təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycana Türkiyə ( 56.6 mln. ədəd) , Bolqarıstan ( 15.4 mln. ədəd) və Çindən ( 1.82 mln. ədəd) 1 milyon 355 min ABŞ dolları dəyərində 74 milyon ədəd siqaret idxal edilib.

Qeyd edək ki, 2024-cü ildə ümumi siqaret ixracının 84%-i (1.8 milyard ədədi) Gürcüstanın payına düşüb.

Aşağıdakı cədvəldə Azərbaycanın siqaret ixrac etdiyi ölkələrin siyahısı verilib:

Ölkələr Say. Milyon ədəd İxrac dəyəri. Min ABŞ dolları
Gürcüstan 1799,67 30692,4
Rusiya 96,38 913,05
Qırğızıstan 83,54 823,66
Oman 72,77 465,73
İraq 43,65 346,08
Çin 16,5 153,75
Birləşmiş Ərəb Əmirlikləri 10 85
Qazaxıstan 7,97 43,84
Digər ölkələr 7,56 102,61