• 21 Fevral 2025
logo
Xəzərdə Külək Stansiyaları ilə bağlı Nazirlər Kabinetinə müraciət ediləcək

Xəzərdə Külək Stansiyaları ilə bağlı Nazirlər Kabinetinə müraciət ediləcək

Xəzər dənizində Külək Elektrik Stansiyalarının inşası hal- hazırda priorited məsələlərdən biridir.

“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasına təşkil olunmuş media-tur zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq su obyektlərinin müəyyənləşdirilməsi yekunlaşmaq üzrədir.

"Biz bu ərazilərlə bağlı Nazirlər Kabinetinə müraciət edəcəyik. Bir çox şirkətlərin KES-lərin inşası ilə bağlı maraqları var və bu istiqamətdə danışıqlar davam etdirilir.

Növbəti mərhələdə istehsalçının seçilməsi və müqavilələrin bağlanması gündəmdədir" - deyə Cavid Abdullayev qeyd edib.