Dolların məzənnəsi 24 fevraldan bəri ilk dəfə 81 rubldan aşağı enib
Moskva birjasının valyuta hərraclarında ABŞ dollarının məzənnəsi Bakı vaxtı ilə saat 11:00-da 3,45% ucuzlaşaraq 80,33 rubl təşkil edib.
TASS-ın verdiyi məlumata görə, sonuncu dəfə dolların məzənnəsi 81 rubldan aşağı 23 fevral olub. Saat 11:10-da kimi dolların məzənnəsi 83,34 rubla (+0,17%) yüksəlib, avronun məzənnəsi isə 92,41 rubla (-0,04%) enib.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 20%-dək artırdığından və Rusiyanın dost olmayan ölkələrin aprelin 1-dən qaz müqavilələrinə görə ödənişi rublla etməli olduqları haqqında açıqlamasından (23 mart) sonra rubl ABŞ dollarına və avroya qarşı möhkəmlənməyə başlanıb.
Digər xəbərlər
6 Oktyabr 2026 16:00
1 253
4 Sentyabr 2026 10:16
2 464
4 Sentyabr 2026 09:27
2 394
4 Sentyabr 2026 09:27
2 660
4 Sentyabr 2026 09:26
2 639
3 Sentyabr 2026 14:23
2 982
31 Avqust 2026 14:42
2 828