• 4 Sentyabr 2026
logo
Ruslan Əliyevə yeni vəzifə verildi

Ruslan Əliyevə yeni vəzifə verildi

“Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə Azərenerji ASC-də yeni vəzifə verilib.

Baymedia.az Unikal-a istinadla xəbər verir ki, bununla bağlı "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev əmr imzalayıb.

Əmrə əsasən, Ruslan Əliyev Azərenerji ASC-nin departament direktoru təyin edilib.

Xatırladaq ki, Ruslan Əliyev ötən ay "Azəriqaz"ın baş direktoru vəzifəsindən azad edilmişdi.