• 17 May 2024
logo
Azərbaycanlı hüquqşünas Ukrayna yaralandı

Azərbaycanlı hüquqşünas Ukrayna yaralandı

Rusiyada tanınmış azərbaycanlı hüquqşünas Elman Paşayev Ukrayna müharibəsində yaralanıb.

Baymedia.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist və ictimai siyasi xadim Maksim Şevçenko öz Teleqram kanalında məlumat yayıb.

O bildirib ki, Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan Elman Paşayev ağır yaralıdır.

"Müqavilə imzalayan və cəbhə xəttində olan tanınmış hüquqşünas Elman Paşayev ağır yaralanıb. O, xəstəxanaya təxliyəsinin ləngidiyini bildirən mesaj göndərib və bunun qəsdən edildiyini iddia edib. Elman Paşayevin təxliyəsində köməklik göstərilməsi üçün məsələyə aidiyyəti olan hər kəsdən xahişim var”, - deyə Şevçenko yazıb.