• 18 May 2024
logo
Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Baymedia.az-a verilən məlumata görə, tədbirlərlə rayon sakinləri - əvvəllər dəfələrlə məhkum olunmuş Cavid Ələkbərov və Rauf Şərifov saxlanılıb. Onlardan narkotik vasitə olan heroin aşkar edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.