• 20 May 2024
logo
Bakıda bu küçə və prospekt tam bağlandı

Bakıda bu küçə və prospekt tam bağlandı

Bakının Ziya Bünyadov prospektinin 20 Yanvar istiqamətində, çermet körpüsündən hərəkəti tam dayanıb.

Baymedia.az xəbər verir ki, prospektə paralel olaraq yan küçə - Əhməd Rəcəbli ilə kəsişmədə də ciddi tıxac var və maşınların hərəkəti tam məhdudlaşıb.

Belə ki, Ziya Bünyadov proskektinin köməkçi yolu ilə hərəkət edən marşrut avtobusları işıqfordan sonra hərəkəti davam etdirə bilmirlər, qarşıdakı tıxac buna imkan vermir. Nəticədə yolu tam bağlayan marşrut avtobusların avtomobillərin Əhməd Rəcəbli küçəsinə hərəkətini də bloklayıb.

Ziya Bünyadov prospektində 20 Yanvar istiqamətində tam tıxanmanın səbəbi bəlli deyil.