• 21 May 2024
logo
Küçədə qadını öldürmək istədi: cinayət işi açıldı

Küçədə qadını öldürmək istədi: cinayət işi açıldı

Bərdə rayon sakini 1997-ci il təvəllüdlü Zəminə Məmmədovaya xəsarətlər yetirilməsi barədə bu gün saat 11 radələrində rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baymedia.az-a Bərdə Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 1991-ci il təvəllüdlü Səbuhi Vəliyevin şəhərin Ü.Hacıbəyov küçəsi ərazisində bıçaqla xəsarət yetirərək qohumu Zəminə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Səbuhi Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.