• 4 Sentyabr 2026
logo
Zəngilanda başlayan konfrans Bakıda davam etdirilir

Zəngilanda başlayan konfrans Bakıda davam etdirilir

10:16

“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü başlayıb.

Baymedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə keçirilir.

Konfansın ikinci günü Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun çıxışı ilə başlayıb.

Qeyd edək ki, konfransın birinci günü Zəngilanda baş tutmuşdu.

***

“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfrans çərçivəsində “Ətraf-mühitin davamlı reabilitasiyası üçün milli bacarıqların yaradılması” mövzusunda panel müzakirəsi keçirilib.

Panelə moderatorluğu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının qlobal minatəmizləmə və inkişaf məsləhətçisi Steynar Essen edib.

Panel iştirakçıları arasında “Agora Diplomatico”nun işlər üzrə analitik direktoru David Martinez, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, “James Madison” Universitetinin Beynəlxalq Stabilizasiya və Bərpa Mərkəzinin direktoru Suzanne Fiederlein, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Mühafizə və Əsas Xidmətlər Departamentinin Silahlarla Çirklənmə Bölməsinin rəhbəri Erik Tollefsen və tədqiqatçı Alexandra Frost yer alıb.