• 4 Sentyabr 2026
logo
Xaçmazda əməliyyat: saxlanılanlar var

Xaçmazda əməliyyat: saxlanılanlar var

Xaçmazda əməliyyatlar zamanı 2 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Baymedia.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı rayon sakinləri Əziz Mahmudov və Elxan Şahgəldiyev saxlanılıblar.

Onlardan heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. Əziz Mahmudov və Elxan Şahgəldiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Xaçmazda narkotiklə bağlı 2 nəfər saxlanılıb