• 4 Sentyabr 2026
logo
FHN əməliyyat görüntüsü yayıb - VİDEO

FHN əməliyyat görüntüsü yayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində uşaqların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Baymedia.az-a FHN-dən xəbər verilib.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onaltımərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2015 və 2018-ci il təvəllüdlü uşaqları xilas ediblər.