• 4 Sentyabr 2026
logo
İrandan Azərbaycana 13 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 13 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

İyun ayının 4-də saat 03:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13 kiloqram 290 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Baymedia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İrandan Azərbaycana 13 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO