• 4 Sentyabr 2026
logo
Zərbə PUA-sı ilə “düşmən”in canlı qüvvəsi məhv edildi - Video

Zərbə PUA-sı ilə “düşmən”in canlı qüvvəsi məhv edildi - Video

Ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər.

Müdafiə Nazirliyindən Baymedia.az-a verilən məlumata görə, birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.

“Qafqaz Qartalı - 2024” təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur.