• 4 Sentyabr 2026
logo
Şabranda evə basqın: ölən və yaralanan var

Şabranda evə basqın: ölən və yaralanan var

Şabranın Üç sotlar yaşayış massivində fərdi yaşayış evlərdən birinə basqın olunub.

Baymedia.az Report-a istinadən xəbər verir ki, ilkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı, ev sahiblərindən rayon sakini - Gülnarə Şıxkərim qızı Hüseynova öldürülüb, onun həyat yoldaşı rayon sakini 1966-cı il təvəllüdlü Arif Qaspar oğlu Hüseynov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.