• 3 Sentyabr 2026
logo
Zərdabda ağır qəza: ölənlərin sayı artdı

Zərdabda ağır qəza: ölənlərin sayı artdı

00:47

Avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət almış daha bir nəfər isə səhər saatlarında dünyasını dəyişib. Bununla da qəzada ölənlərin sayı 3-ə çatıb.