• 3 Sentyabr 2026
logo
Bakıda yük maşını piyadanı vurub öldürdü

Bakıda yük maşını piyadanı vurub öldürdü

Bakıda yük avtomobili piyadanı vuraraq öldürüb.

Baymedia.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayon ərazisində qeydə alınıb.

Elşən Mirzəyev idarə etdiyi "Hunday H 65" markalı yük avtomobili ilə yolu keçən Əlövsət Lətifovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.